Prezident İlham Əliyevdən dünya çempionu olan yığmamızla bağlı paylaşım

03.06.2025

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandası ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Sport24.az xəbər verir ki, paylaşımda "Azərbaycana qələbələr yaraşır. Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik!" qeyd edilib.

Qeyd edək ki, ölkə Prezidenti İlham Əliyev bu gün Azərbaycan yığmasının üzvlərini qəbul edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью