Prezident İlham Əliyevin azad Zəngilana tarixi səfərləri | Icma.az
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Zəngilanın işğaldan azad edilməsindən sonra Prezident İlham Əliyevin bu rayona bir neçə səfəri baş tutdu.
Bu səfərlər çərçivəsində rayonun yenidən qurulması və bərpası üçün mühüm layihələrə start verildi.
2021-ci ilin 20 oktyabrında Prezident Zəngilanda “Ağıllı kənd” layihəsinin həyata keçirildiyi Ağalı kəndində oldu, Zəngilan Beynəlxalq Hava Limanı və digər infrastruktur layihələri ilə tanış oldu.
Həmin gün “Azərenerji” ASC-nin yeni yarımstansiyasının açılışı da keçirildi.
26 oktyabrda isə Zəngəzur dəhlizinin bir hissəsi olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun və “Dost Aqropark”ın təməli qoyuldu.
2022-ci ilin may ayında baş tutan səfər zamanı Prezident Zəngilan Beynəlxalq Hava Limanının və yeni tikilən məscidin inşaat işlərinə baxış keçirdi.
Həmçinin “Ağıllı kənd” layihəsinin birinci mərhələsinin açılışında iştirak etdi.
Tam oxu
Xəbəri oxu