Prezident İlham Əliyevin Davos mesajı yeni dünya nizamına çağırışdır ŞƏRH | Icma.az
Sia Az saytına istinadən Icma.az xəbər verir. "Azərbaycan Prezidentinin Davos Dünya İqtisadi Forumu çərçivəsində digər iştirakçılarla birgə
Faktiki olaraq bu müzakirələrdə müasir dünyada yeni və güclü beynəlxalq nizamın formalaşması istiqamətində gedən proseslər açıq və konkret n
Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Elşad Paşasoy deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti ilə yanaşı paneldə iştirak edən digər üç ölkə rəhbərinin nümayəndələri, o cümlədən Ermənistan və Serbiya prezidentləri müzakirələr zamanı tez-tez Azərbaycan Prezidentinə və Azərbaycan nümayəndə heyətinə müraciət edirdilər: " Bu fakt Azərbaycanın təkcə regionda və Cənubi Qafqazda lider ölkə statusuna malik olmasını deyil, artıq qlobal miqyasda əhəmiyyətli bir aktora çevrildiyini açıq şəkildə göstərirdi.
Xüsusilə diqqətçəkən məqamlardan biri uzun illər Azərbaycanla qarşıdurma və gərgin münasibətlər fonunda çıxış edən Ermənistan Prezidentinin dəfələrlə Azərbaycan Prezidentinin fikirlərinə istinad etməsi oldu.
O, hətta bəzi məqamlarda Azərbaycan Prezidentindən sonra əlavə söz deməyin çətin olduğunu vurğuladı.
Eyni zamanda Serbiya Prezidenti də çıxışı zamanı Azərbaycan Prezidentinə yüksək qiymət verərək onu dünyada nadir rast gəlinən, müstəqil mövqeyə malik liderlərdən biri kimi təqdim etdi.
Bu yanaşma, şübhəsiz ki, yalnız siyasi bəyanat deyil, Azərbaycanın real təcrübəsinə və konkret nəticələrə əsaslanan qiymətləndirmə idi.
Tam oxu
Xəbəri oxu