Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir | Icma…
Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Daşıdığı vəzifənin ictimai-siyasi yükünü nəzərə aldıqda Prezident İlham Əliyevin doğum günü yalnız təqvimin dəyişməsi, yaşın üstünə yaş gəlməsi anlamında qəbul olunmur.
Ölkə rəhbəri üçün adgünü həm də dövlət və xalq qarşısında çox məsuliyyətli hesabat məqamıdır.
Prezident İlham Əliyevin hər zaman xalqına güvənən Lider olduğuna diqqət çəkən deputat qeyd edib ki, dövlətimizin başçısı praqmatik siyasi xadim olaraq bütün məsələlərdə strateji düşüncə tərzinə və yanaşmalara malikdir.
Bir sıra hallarda o, verdiyi qərarlarla zamanı qabaqlayır, həmin qərarlar həyatda təsdiqini tapır, bundan cəmiyyət çox məmnun qalır, dövlətimiz isə qazanır.
Başqa sözlə desək, İlham Əliyev özünün dediyi kimi, nəyi, necə və nə zaman etməyi hamıdan yaxşı bilir.
Dünyaya nümunəvi inkişaf modeli təqdim edən Azərbaycanın uğurlarını şərtləndirən ən mühüm amillərdən biri də Prezident İlham Əliyev tərəfindən Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasətin varisliyinin təmin edilməsidir.
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə xalq öz səsini Ümummilli Lider Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına verib.
Tam oxu
Xəbəri oxu