Prezident İlham Əliyevin göstərdiyi liderlik, ölkəmizi qlobal proseslərin ayrılmaz hissəsi…
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Prezident İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinə verdiyi müsahibəsində Azərbaycanın regional və beynəlxalq arenadakı strateji mövqeyini və müstəqil xarici siyasət xəttini vurğulamışdır.
Dövlət başçısı qeyd etmişdir ki, 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə Azərbaycan ilə Rusiya arasında 30 ildən artıq davam edən dostluq və əməkdaşlığın məntiqi nəticəsidir.
Bu tarixi sənəd, iki ölkə arasında etibarlı tərəfdaşlıq və strateji əməkdaşlıq münasibətlərinin rəmzi olmaqla yanaşı, regionda sabitlik və təhlükəsizlik üçün mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev Azərbaycanın müstəqil xarici siyasət yürütmə qabiliyyətinə diqqət çəkərək, ölkəmizin həm Rusiya, həmdə NATO üzvü olan Türkiyə ilə əməkdaşlıq edən yeganə dövlət olduğunu bildirmişdir.
Bu nadir mövqe Azərbaycanın beynəlxalq arenada balanslaşdırılmış siyasətini əks etdirməklə yanaşı, ölkəmizin diplomatic çevikliyin və strateji əhəmiyyətin bariz nümunəsidir.
Dövlət başçısı Azərbaycanın müstəqil aktor kimi fəaliyyətini, regionda sabitliyin qorunması və sülhün təmin olunmasında mühüm rolunu xüsusi olaraq vurğulamışdır.
Prezident müsahibəsində Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı actual məsələlərə də toxunmuşdur.
Tam oxu
Xəbəri oxu