Prezident İlham Əliyevin “Kazinform” agentliyinə müsahibəsi mühüm əhəmiyyətə malikdir ŞƏRH…
Ses qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
18 oktyabr 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstana dövlət səfəri zamanı “Kazinforma” geniş müsahibə verir.
Müsahibə zamanı Cənab Prezident İlham Əliyev iki ölkə arasında nəqliyyat, logistika, neft-qaz sahəsində əməkdaşlıq, eyni zamanda yaşıl enerji sahəsində birgə işdən, həmçinin Türk Dövlətləri Təşkilatı çərçivəsində təşəbbüslərdən söhbət salıb.
Prezident İlham Əliyev Azərbaycanla Qazaxıstan arasındakı həqiqi strateji tərəfdaşlıq və müttəfiq münasibətlərdən, ikitərəfli əməkdaşlığın günü-gündən inkişaf etməsindən, dövlətlərarası əlaqələrin bütün səviyyələrdə hərtərəfli dərinləşməsindən və bütün bunların gələcəkdə hər iki ölkə üçün verəcəyi imkanlardan da müsahibəsi zamanı bəhs edir.
Qeyd etmək lazımdır ki, son üç ildə Prezident İlham Əliyev yeddinci dəfədir ki, Qazaxıstana səfər edir.
Üç il ərzində Prezident Kasım-Jomart Tokayevin Qazaxıstanın inkişafı üçün gördüyü işlərin diqqət çəkdiyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu kimi halları müşahidə etməsindən məmnun olduğunu bildirərək qeyd edir ki: “ölkənin modernləşdirilməsinə və iqtisadiyyatın şaxələndirilməsinə yönəlmiş islahatların uğurla həyata keçirilməsi xüsusi təsir bağışlayır.
Bu uğurlar münasibətilə bütün qardaş Qazaxıstan xalqını təbrik etmək istəyirəm”.
Daha sonra Prezident İlham Əliyev Füzuli şəhərində Kumanqazı adına Uşaq İncəsənət Mərkəzinin tikintisinə görə də qardaş Qazaxıstana öz minnətdarlığını bildirir.
Tam oxu
Xəbəri oxu