Icma.az, Azertag portalına istinadən məlumat yayır. Bakı, 8 yanvar, AZƏRTAC Prezident İlham Əliyev Qərbi Azərbaycana qayıdışla bağlı bütün ç
Ölkə rəhbərinin yanvarın 7-də yerli televiziya kanallarına verdiyi geniş müsahibə tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılması
Bilindiyi kimi, Azərbaycan beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət strategiyasına sahib azsaylı dövlətlərdən biridir.
Biz, digər ölkələrin daxili işlərinə qarışmadan milli maraqlarımız fonunda qlobal arenada bərabərhüquqlu tərəfdaşlıqların inkişafında maraqlıyıq.
Azərbaycanın yüksələn nüfuzu və qazandığımız qələbələrin sirri birmənalı olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin adı ilə bağlıdır.
Onun çıxışları və verdiyi müsahibələr dünya ictimaiyyəti tərəfindən hər zaman böyük rəğbət və diqqətlə izlənilir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı söyləyib.
O bildirib ki, dövlətimizin başçısı regionda dəyişən yeni geosiyasi reallıqlar çərçivəsində Qərbi Azərbaycana qayıdış strategiyasını siyasi təzyiq vasitəsi deyil, prioritet məsələ kimi qiymətləndirir.