Prezident İlham Əliyevin növbəti uğuru: Zayed İnsan Qardaşlığı Mükafatı ŞƏRH

23.01.2026

Icma.az bildirir, Ses qazeti saytına əsaslanaraq.

Azərbaycanın son illərdə regionda yaratdığı yeni reallıqlar, sülh quruculuğu istiqamətində atdığı addımlar və qlobal humanitar dəyərlərə verdiyi töhfələr dünya birliyi tərəfindən yüksək qiymətləndirilməkdədir. Bunun ən son və bariz nümunəsi dünyanın ən nüfuzlu mükafatlarından biri sayılan “Zayed İnsan Qardaşlığı Mükafatı”nın 2026-cı il üzrə qaliblərindən birinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olmasıdır. Məlumdur ki, bu mükafat fərqli mədəniyyətlər və dinlər arasında dialoqun qurulması, dinc birgəyaşayışın təşviqi və bəşəriyyətə xidmət edən liderlərə, qurumlara təqdim olunur. Prezident İlham Əliyevin bu mükafata layiq görülməsi təsadüfi deyil. Münsiflər heyəti və Şeyx Zayed Fondu bu qərarı verərkən bir neçə mühüm faktoru əsas götürmüşdür:

Azərbaycanın 30 illik işğala son qoyaraq ərazi bütövlüyünü bərpa etməsindən sonra Ermənistanla sülh müqaviləsi imzalamaq üçün göstərdiyi qətiyyətli iradə.

Azərbaycanın dünyada dini dözümlülük və müxtəlif xalqların mehriban şəraitdə yaşadığı nadir məkanlardan biri kimi tanınması.

Dünya Mədəniyyətlərarası Dialoq Forumu və digər beynəlxalq platformalar vasitəsilə bəşəri dəyərlərin təbliği.

2026-cı ilin yanvarında İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində "Euronews" televiziyasına müsahibə verən dövlət başçısı bu mükafatın onun üçün böyük şərəf olduğunu bildirmişdir. Yanvarın əvvəlində isə Prezident mükafatın münsiflər heyətinin üzvlərini (o cümlədən Şarl Mişel və digər nüfuzlu şəxsləri) Bakıda qəbul edərək, bu mükafatın həm də Azərbaycan xalqının sülhsevərliyinin tanınması olduğunu vurğulamışdır.

İlham Əliyevin bu mükafatı alması Azərbaycanın beynəlxalq nüfuzunun artması ilə yanaşı, ölkəmizin "müharibə tərəfdarı" deyil, "sülh və inkişaf mərkəzi" olması barədə dünyaya güclü bir mesajdır. Bu, həm də Türk və İslam dünyasının bir liderinin bəşəri qardaşlıq ideyalarına verdiyi töhfənin qlobal miqyasda qəbul edilməsidir.

Elvin Əliyev

YAP Babək rayon təşkilatının sədr müavini

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью