Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız tarixi zəfərimiz gələcək nəsillər üçü…
Milli.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
2020-ci il noyabrın 8-də Azərbaycan Ordusunun tarixi qələbəsi ilə işğaldan azad edilən Şuşa, Azərbaycan xalqının milli iradəsinin və qəhrəmanlığının simvoluna çevrildi.
Qarabağın döyünən qəlbi olan bu qədim şəhərin azadlığı yalnız strateji əhəmiyyət daşımır, eyni zamanda Azərbaycan xalqı üçün mənəvi bir qələbə, milli qürurun təntənəsi kimi yaddaşlara həkk olundu.
44 gün davam edən Vətən müharibəsi boyunca Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu böyük iradə və peşəkarlıqla irəliləyərək nəhayət Şuşaya çatdı.
Çətin relyef, düşmənin əlverişli mövqedə yerləşməsi və tanklarla silahlanması Azərbaycan Ordusunun üzərinə xüsusi peşəkarlıq və cəsarət tələbləri qoydu.
Azərbaycan əsgərlərinin bu çətin şəraitdə göstərdiyi qəhrəmanlıq, Şuşanın azad edilməsi əməliyyatını Qarabağ Zəfərinin zirvəsinə çevirdi.
Şuşa döyüşü həm də göstərdi ki, güclü əzm və birliklə mümkünsüz görünən hədəflərə çatmaq olar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 8 noyabr Zəfər Günü elan edilərək tarixin yaddaşında əbədi iz buraxdı.
Tam oxu
Xəbəri oxu