Icma.az bildirir, 525.az portalına istinadən. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu tərəfindən elan edilən 2026-cı il
Cənab Prezident bu mötəbər mükafata sülhpərvər və möhtəşəm sülh quruculuğu xidmətlərinə görə layiq görülüb.
O, Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyduğuna və “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına nail olduğuna görə bu ali mükafatla təltif olunub.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Münsiflər Komitəsinin üzvü və Mükafatın baş katibi Məhəmməd Əbdülsəlamın vurğuladığı kimi, komitə Ermənistan və Azərbaycan arasında tarixi sülh müqaviləsinə xüsusi önəm verib.
Dialoq və birgəyaşayış mədəniyyətinin təşviqi və inkişaf etdirilməsi sahəsindəki missiyasını və məqsədlərini özündə təcəssüm etdirən həmin müqavilə qlobal sülhün irəliləməsində mühüm mərhələ və böyük diplomatik nailiyyətdir.
Bu nailiyyətlərin müəllifi olan İlham Əliyevin əvəzolunmaz xidmətləri isə qlobal sülh üçün yaxşı nümunədir.
Azərbaycan Prezidentinin sülh diplomatiyası sahəsindəki misilsiz nailiyyətləri birmənalı olaraq onu ehtiva edir ki, müasir dünya nizamında heç bir beynəlxalq təşkilatın, siyasi-hərbi dəstəyin olmadığı şəraitdə təkbaşına hərb meydanında sarsılmaz qələbə qazanmaq və BMT-nin kağız üzərində qalmış qətnamələrini icra etmək, bu hərbi-siyasi legitim aktı dayanıqlı sülhə çevirmək hər liderə nəsib olmur.
Eyni zamanda, hərbi qüdrətin təcəssümü olan siyasi zəfərin diplomatik uğurunu qısa zamanda təmin etmək olduqca çətindir.