Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri Son günlər dünyanın gündəmi 25 dekabrda Qazaxıstanın Aktau şəhəri yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi oldu.
Bu qəzanının baş verməsinin araşdırılması Azərbaycan Prezidenti səviyyəsində diqqətdə olub.
Dövlət başçısı Aktauda Azərbaycan təyyarəsinin qəzaya uğraması xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün zəruri addımların atıldığını bildirib.
Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 29-da Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Televiziyasına müsahibəsində qeyd edib.
Prezident İlham Əliyevin Azərbaycan Televiziyasına təyyarə qəzası ilə bağlı verdiyi müsahibəsində bir neçə mühüm mesaj xüsusilə diqqət çəkir.
Prezident cənab İlham Əliyevin verdiyi müsahibədə Rusiyaya qarşı ciddi narazılıq açıq şəkildə ifadə olunub.
Onun “Rusiyanın bəzi dairələri məsələni ört-basdır etmək istəyirdi” və “çox cəfəng versiyalar irəli sürülmüşdü” kimi ifadələri, Moskvanın bu hadisəni yanlış təqdim etməyə çalışdığına dair ciddi bir etirazdır.