Prezident iraqlı həmkarına başsağlığı verdi

18.07.2025

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İraq Prezidenti Əbdüllətif Camal Rəşidə başsağlığı verib.

Bakupost.az xəbər verir ki, İlham Əliyev Əl-Küt şəhərində yerləşən ticarət mərkəzində baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması xəbərindən sarsıldığını bildirib.

Məktub mətnində deyilir: "Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İraq xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm. Allah rəhmət eləsin!"


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью