Prezident “J.P. Morgan”nın sədri ilə görüşüb | Icma.az
Icma.az, Azvision portalına istinadən məlumat yayır. AzVision.az xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan Respublikası Dövlət Neft Fo
Morgan” arasında mövcud əməkdaşlıq əlaqələrinin əhəmiyyətinə toxunaraq, bunun uzunmüddətli xarakter daşıdığını və qarşılıqlı etimada əsaslan
O, həmçinin Azərbaycanın ardıcıl maliyyə siyasəti həyata keçirdiyini qeyd etdi.
Ceymi Daymon rəhbərlik etdiyi şirkətin Dövlət Neft Fondu ilə uzunmüddətli əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini, bu tərəfdaşlığın möhkəm institusional əsaslara söykəndiyini və onun daha da dərinləşdirilməsində maraqlı olduqlarını bildirdi.Söhbət zamanı bu şirkətin SOCAR-ın fəaliyyətinin maliyyələşməsi sahəsində çoxillik əməkdaşlığı məmnunluqla vurğulandı, “J.P.
Morgan”la SOCAR arasında tərəfdaşlığın genişləndirilməsi ilə əlaqədar gələcək layihələrlə bağlı fikir mübadiləsi aparıldı.Görüşdə ölkəmiz tərəfindən ABŞ-ın enerji sektoruna investisiya qoyuluşu məqsədilə “J.P.
Morgan” şirkətinin cəlb edilməsi, qlobal maliyyə bazarlarında mövcud vəziyyət, beynəlxalq investisiya mühiti və makroiqtisadi çağırışlar ətrafında fikir mübadiləsi aparıldı, qlobal iqtisadi proseslər fonunda institusional investorlar üçün formalaşan imkanlar və uzunmüddətli əməkdaşlıq perspektivləri müzakirə olundu.Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 4 trilyon ABŞ dollarından çox olan “J.P.
Morgan” şirkəti bankçılıq, investisiya və aktivlərin idarə olunması sahələrində fəaliyyət göstərir.
Tarixi 200 ildən artıq dövrü əhatə edən şirkət hazırda dünyanın ən böyük və şaxələndirilmiş maliyyə institutları sırasında yer alır.
Tam oxu
Xəbəri oxu