Prezident Kitabxanasında 20 Yanvar faciəsinin ildönümü münasibətilə tədbir keçirilib AZƏRTAC

17.01.2025

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 yanvar, AZƏRTAC

20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar Prezident Kitabxanasında tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova, Kitabxana işinin avtomatlaşdırılması, rəqəmsallaşdırma və elektron resurslar bölməsinin müdiri Zakir İsmayılov, Komplektləşdirmə, kitabişləmə və elektron kataloq bölməsinin müdiri Fəridə Hüseynova və İncəsənət ədəbiyyatı fondu qrupunun rəhbəri Fəridə Namazova tədbirdə çıxış ediblər.

Kitabxananın Oxu zalında isə faciənin qurbanlarına həsr edilmiş fotoşəkillərdən, kitab və dövri nəşrlərdən ibarət sərgi nümayiş olunub.

Sonra 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью