Prezident köməkçisinin Buxradan paylaşımı FOTO

24.08.2026

Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Buxaradan paylaşım edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Qarabağdan Buxaraya uzanan bir elm yolu… XVII əsrin görkəmli filosofu və alimi Yusif Qarabaği Qarabağdan çıxaraq Səmərqənd və Buxarada fəaliyyət göstərib, Orta Asiyanın elmi-mədəni həyatında mühüm iz qoyub. 1619-cu ildə Buxara hökmdarı Bahadur xan onun şərəfinə kitabxana tikdirib və Yusif Qarabağini həmin kitabxananın rəhbəri təyin edib. Bu gün də Yusif Qarabağinin məzarı Buxaradadır. Qarabağdan Buxaraya - əsrləri aşan elm, mədəniyyət və dostluq körpüsü", - deyə H.Hacıyev paylaşımda qeyd edib. pizza sifarişi


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью