Prezident korrupsiyada ittiham olunur

02.02.2026

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Argentina Futbol Assosiasiyasının (AFA) prezidenti Klaudio Tapyaya sosial ödənişlərin edilməməsi ilə bağlı ittiham irəli sürülüb. Bu haqda TN telekanalı məlumat yayıb.

"Football-plus.az" xəbər verir ki, mənbənin bildirdiyinə görə, istintaq Argentina Vergi Xidmətinin şikayətindən sonra başlanıb. Vergi orqanları AFA-nın assosiasiyanın əməkdaşları və ölkənin ən böyük futbol klublarında çalışan işçilər üçün pensiya (sosial) ödənişlərini köçürmədiyini müəyyən edib. Söhbət ümumilikdə 12,8 milyon dollar məbləğindən gedir.
Bir müddət əvvəl KİV-də Argentina yığmasının AFA rəhbərliyi ətrafında yaranmış korrupsiya qalmaqalı səbəbindən bu il keçiriləcək dünya çempionatından kənarlaşdırıla biləcəyi barədə məlumat yayılmışdı. İş materiallarında Tapyanın etibarlı nümayəndəsi Pablo Toviqinyo və xəzinədarın müavini Lusiano Nakisin də adı var.
“La Nacion” qəzetinin yazdığına görə, məhkəmənin tələbi ilə AFA rəhbərliyi ilə əlaqəli ola biləcək daşınmaz əmlak obyektlərində axtarışlar aparılıb. Hüquq-mühafizə orqanları həmin əmlakların formal şəxslərin adına rəsmiləşdirildiyini iddia edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью