“Prezident Kuboku 2025” beynəlxalq reqatasının rəsmi paradı keçiriləcək

24.04.2025

Icma.az, Apasport portalına istinadən məlumatı açıqlayır.

Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilən “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı aprelin 29-u Mingəçevir şəhəri Heydər Əliyev prospektində keçiriləcək.

Apasport.az xəbər verir ki, saat 14:00-dan etibarən başlayacaq paradda komandaların sıra ilə keçidi və təqdimatı baş tutacaq.

Rəsmi hissədən sonra müxtəlif rəqs və musiqi nömrələri təqdim ediləcək. 

Qeyd edək ki, əraziyə giriş sərbəstdir. 

Avarçəkmə üzrə ölkə birinciliyinə start verilib Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək  Akademik avarçəkmə üzrə konsept trenajorda federasiya birinciliyi keçirilib AKAF ilk dəfə konsept trenajorda avarçəkmə yarışı keçirəcək AKAF COP29 ilə əlaqədar genişmiqyaslı avarçəkmə yürüşü təşkil edib
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью