“Prezident Kuboku”nda iştirak edəcək Azərbaycan parataekvondoçuları bəlli olub

24.04.2025

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 24 aprel, AZƏRTAC

Azərbaycan parataekvondoçuları Çinin Taiyan şəhərində keçiriləcək “Prezident Kuboku”nda iştirak edəcəklər.

Milli Paralimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, ölkəmizi turnirdə K44 kateqoriyasında Sabir Zeynalov (58 kiloqram), Amin Şıxalıyev (63 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Orxan Cəfərov (80 kiloqram) təmsil edəcəklər.

Aprelin 25-də təşkil olunacaq yarış “Los-Anceles-2028” Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью