Prezident Liderlər Sammitində çıxış etdi CANLI

12.11.2024

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Bakıda noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilir.
Demokrat.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə çıxış edir.
Qeyd edək ki, COP29-un Liderlər Sammiti iki gün davam edəcək.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi sammitin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.
 
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью