Prezident metroya ayrılan subsidiyanı azaltdı

27.12.2024

Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən Bakı Metropoliteni QSC-yə 27,7 milyon manat subsidiya ayrılacaq.

Axar.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “2025-ci ilin dövlət büdcəsi haqqında" qanunun tətbiqi barədə fərmanda öz əksini tapıb.

Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 44,7% azdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью