Prezident milliyə müraciət etdi

13.06.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident milliyə müraciət etdi

Braziliya prezidenti Luis İnasio Lula da Silva 2026-cı il dünya çempionatında iştirak edəcək ölkəsinin milli komandasına motivasiya xarakterli müraciət edib.

QOL.az xəbər verir ki, prezident sosial şəbəkə hesabında yayımladığı videoda bu sözləri deyib:

"Futbolçularımız hər matçda sonadək mübarizə aparmağa və Braziliya xalqını xatırlamağa borcludurlar. Ölkəmizə altıncı dünya çempionluğu lazımdır. Braziliya yığması turnirdə qələbə uğrunda mübarizə aparmaqla yanaşı, kuboku qazanmaq üçün də iştirak edir. Karlo Ançelotti futbolçularımıza xatırlat ki, sənin böyük təcrübən var və özün də möhtəşəm oyunçu olmusan".

Qeyd edək ki, Braziliya millisi DÇ-2026-da C qrupunda yer alıb. Komanda bu mərhələdə Mərakeş, Şotlandiya və Haiti yığmaları ilə qarşılaşacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью