Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Ötən ilin avqust ayında iki ölkənin sülh sazişini paraflaması və bununla da otuz ildən çox davam edən müharibə və qan tökülməsinə son qoyması tarixi bir nailiyyət idi”.
APA-nın Davosa ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davos Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasda çıxışında deyib.
“Bu sülh müqaviləsinin unikallığı ondadır ki, o, son qanlı toqquşmadan iki ildən az müddətdə imzalandı.
Beləliklə, bu, hər iki tərəfin güclü siyasi iradəsi və sülhə sadiqliyi varsa, nisbətən qısa müddətdə barışa biləcəyinizi göstərir.
İmzalananlar bu gün praktik nəticələrə çevrilir. Biz nəinki cəmi beş-altı ay sülh içində yaşayırıq, həm də bu vəziyyətdən zövq alırıq.
Nə Ermənistan, nə də Azərbaycan müstəqil ölkə kimi heç vaxt sülh içində yaşamayıb.
1991-ci ildə müstəqil olanda artıq hərbi qarşıdurmada idik. Lakin bu gün sülhün faydaları əməkdaşlığın başlanğıcında öz əksini tapır.