Prezident MÜHÜM FƏRMAN imzaladı

09.12.2024

Icma.az bildirir, Tribuna saytına əsaslanaraq.

- +

Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında sentyabrın 3-də Buxarest şəhərində imzalanmış yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında sazişə düzəliş protokolu təsdiq edilib.

Tribunainfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Energetika Nazirliyi protokol qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan, Rumıniya və Macarıstana bildiriş göndərməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью