Prezident mükafatçısı: Azərbaycan gəncləri böyük potensiala malikdirlər, yeniliyə açıqdırlar

03.02.2026

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Xankəndi, 3 fevral, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən növbəti dəfə mükafata layiq görülmək həm böyük qürur, həm də məsuliyyətdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında dövlətimizin başçısı İlham Əliyevin yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatına layiq görülən Sərxan Ağadadaşov deyib.

Şəhərsalma Forumunun gənclər üçün əhəmiyyətindən bəhs edən S.Ağadadaşov gənc nəslin bu sahədəki potensialını yüksək qiymətləndirib: “Gənclərimiz böyük potensiala malikdirlər və bundan maksimum dərəcədə istifadə etmək, daim aktiv olmaq vacibdir. Hesab edirəm ki, gənclər yaşadıqları şəhərləri öz gələcək arzularına və ehtiyaclarına uyğunlaşdırmalı, bu prosesdə kənardan müşahidəçi kimi deyil, birbaşa iştirakçı kimi çıxış etməlidirlər. Hər bir gənc bacardığı töhfəni verməli, innovativ layihələr təqdim etməli və daim araşdırmalar apararaq öz sahəsində yeniliklərə imza atmalıdır”.

O bildirib ki, Azərbaycan gəncləri öz yanaşmaları və öz kreativlikləri ilə fərqlənirlər: “Qərb ölkələrində vəziyyət tamamilə fərqlidir. Hazır sistemə öyrəşdikləri üçün passivdirlər. Bizdə isə durum daha yaxşıdır. Gənclərimiz yeniliyə açıqdırlar. Mən pilotsuz uçuş aparatları qrupunun rəhbəri kimi müdafiə sənayesində bəzi layihələrdə iştirak etməklə yanaşı, gənc tələbələrə də dərs keçirəm. Bunun üçün də onların potensialından xəbərdaram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью