Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
"Məhdudiyyətlər uğur qazanmağımıza mane ola bilməz".
Moderator.az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında dövlət başçısı İlham Əliyevin sərəncamı ilə Prezident mükafatına layiq görülən DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcəli görmə məhdudiyyətli ifaçı, 23 yaşlı Səməd Novruzov deyib.
O bildirib ki, təltif olunmaq əlavə məsuliyyət yaradır:
"Düzü, əmin deyildim ki, mükafat alanlar siyahısında mən də olacağam. Sənədlərimi istəmişdilər. Buna görə dua edirdim. Siyahıda adımın olduğunu biləndə çox sevindim. Allaha şükürlər olsun. Bu uğur mənə əlavə həm motivasiya , həm də məsuliyyət verir. Bundan sonra üzərimdə daha çox çalışıb, yeni uğurlara nail olmalıyam. Bir an belə dayanmaq olmaz".
Səməd Novruzov sonda Azərbaycan gəncliyinə öz tövsiyəsini verib:
"Bütün gənclərimizi təbrik edirəm. Dayanmaq olmaz. Daim inkişaf edib uğur qazanmalıyıq. İstəsək, hər şeyə nail ola bilərik. Məhdudiyyətlər uğur qazanmağımıza mane ola bilməz".