Prezident mükafatçısı olan aktrisa vəfat edib

27.05.2026

Icma.az bildirir, Azpost saytına əsaslanaraq.

M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrının aktrisası, Prezident mükafatçısı Ulduz Süleymanova vəfat edib.

Qaynarinfo-nun məlumatına görə, o, 27 ildən artıq Naxçıvan Dövlət Kukla Teatrında fəaliyyət göstərib.

Ulduz Süleymanova gənc yaşlarından 100-dən artıq yaddaqalan obraza həyat verib. O, uzun illər səhnədə yaratdığı dolğun və rəngarəng obrazlarla tamaşaçıların sevgisini qazanıb, teatr sənətinin inkişafına öz töhfələrini verib. Aktrisanın səhnə mədəniyyəti, sənətə olan bağlılığı və peşəkarlığı həmkarları və yetişən gənc aktyorlar üçün də örnək olub.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью