Prezident mükafatına layiq görülmüş gənc: Gələcək hədəflərim çox böyükdür

02.02.2026

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Prezident mükafatına layiq görüldüyümü öyrənəndə, təbii ki, böyük qürur hissi keçirdim. Bu, həm də sənətimlə bağlı doğru seçim etdiyimi təsdiqləyən bir an oldu. Dövlətimizin başçısına bizi belə möhtəşəm bir mükafata layiq gördüyü üçün öz səmimi təşəkkürümü bildirirəm.

Bu sözləri AZƏRTAC-a müsahibəsində dövlətimizin başçısının yanvarın 30-da imzaladığı “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncamla Prezident mükafatına layiq görülmüş Səməd Novruzov deyib.

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi kimi fəaliyyət göstərən 22 yaşlı Səməd Novruzov eyni zamanda, opera ifaçısıdır. O, müsahibəsində daha sonra bildirib. “Gələcək hədəflərim çox böyükdür. Məqsədim Azərbaycanımızı dünyanın bir çox tanınmış səhnələrində, opera teatrlarında təmsil etmək və bayrağımızı ucalara qaldırmaqdır. İstəyirəm ki, dünya səviyyəli opera ifaçısı və tenor olaraq, həm ölkəmi, həm də Azərbaycan mədəniyyətini layiqincə təmsil edim”, - deyə Prezident mükafatçısı vurğulayıb.

O qeyd edib ki, ailəsinin göstərdiyi dəstək və sevgi ən böyük motivasiyadır. “Bu mükafat ailəmi də çox sevindirdi. Atam, anam və bacım böyük qürur hissi keçirdilər, hətta atamın kövrəldiyini xatırlayıram.

Sonda isə gənclərimizə inkişafdan heç vaxt qaçmamağı, hər zaman özlərini təkmilləşdirməyi məsləhət görürəm”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью