Prezident: Müxtəlif ölkələrdən ekspertlərin səfəri ölkəmizi daha yaxşı tanımağa imkan yaradır

09.04.2025

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Bir neçə dəfə belə tədbirlər keçirilib. Müxtəlif ölkələrdən gəlmiş ekspertlər Azərbaycana səfər etdilər və qlobal gündəlikdə duran məsələləri müzakirə etdilər. Bütün bu səfərlər Azərbaycanı daha yaxşı tanımağa, ölkənin nəbzini duymağa imkan yaradır".

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Dövlətimizin başçısı bildirib: "Azərbaycanın tarixi ərazilərinin azad edilməsindən sonra ekspertlərin azad edilmiş ərazilərə səfəri ölkəmizin, münaqişənin tarixi haqqında, həmçinin Azərbaycanın bugünkü reallıqları barədə daha çox məlumat verir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью