Prezident ona yüksək vəzifə verdi Dosye

08.10.2026

Yeniavaz saytından alınan məlumata görə, Icma.az bildirir.


Əliyev Səbuhi Fəxrəddin oğlu Prezident İlham Əliyevin 2026-cı il 07 oktyabr tarixli sərəncamı ilə Dövlət Statistika Komitəsi sədrinin müavini təyin edilib.
Yeniavaz.com
xəbər verir ki, o bu təyinatadək Komitənin Aparat rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, S. Əliyev 1983-cü ildə anadan olub.
2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr, 2009-cu ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2004-2005-ci illərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub.
2007-2010-cu illərdə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində, 2010-2019-cu illərdə isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun İdarə Edilməsi Agentliyində baş məsləhətçi, sektor müdiri və digər vəzifələrdə çalışıb.
2019-cu ildə Azərbaycan Respublikası Vergilər Nazirliyində fəaliyyət göstərib. 2019-2020-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində müəllim kimi fəaliyyət göstərib.
2019-2024-cü illərdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən şöbə müdiri vəzifəsində çalışıb.
2024-cü il 19 avqust tarixindən 13 aprel 2026-cı il tarixinədək Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktor müavini vəzifəsində işləyib.
14 aprel 2026-cı ildən 24 avqust 2026-cı il tarixinədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müşaviri, 24 avqust 2026-cı ildən 07 oktyabr 2026-cı il tarixinədək Dövlət Statistika Komitəsinin Aparat rəhbəri vəzifəsində çalışıb.
Dövlət qulluğunun baş müşaviridir.
Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2025-ci il tarixli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
Ailəlidir, iki övladı var.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью