Icma.az, Lent az portalına istinadən məlumatı açıqlayır. Fərid Mirmufid oğlu Seyidova ədliyyə general-mayoru ali hərbi rütbəsi verilib.
Lent.az xəbər verir ki, Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Qeyd edək ki, Fərid Seyidov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiridir.
Bundan başqa, Prezident İlham Əliyev Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib: “general-polkovnik” ali hərbi rütbəsi general-leytenant Hikmət İzzət oğlu Mirzəyevə “general-mayor” ali hərbi rütbəsi polkovnik Ələkbər Məhəmməd oğlu Cahangirova polkovnik Gündüz Əliş oğlu Əbdülova polkovnik Azər Əlövsət oğlu Qasımova “ədliyyə general-mayoru” ali hərbi rütbəsi ədliyyə polkovniki Elçin Nəriman oğlu Əliyevə.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.