Prezident onlara yüksək vəzifə VERDİ

18.11.2024

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Prezident İlham Əliyev yeni baş konsullar təyin edib.

Turkustan.az-ın məlumatına görə, Prezidentin sərəncamı ilə Fuad Süleyman oğlu Əzizov Gürcüstanın Batumi şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Digər sərəncamlarla Vüqar İsrayıl oğlu Qurbanov ABŞ-nin Los-Anceles şəhərində, Ayxan Firudin oğlu Süleymanlı isə Qazaxıstan Respublikasının Aktau şəhərində ölkəmizin baş konsulu vəzifəsinə gətirilib.

Dövlət başçısının digər sərəncamı ilə Zamin Məmməd oğlu Əliyev Qars şəhərinə baş konsul təyin olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью