Prezident onlara yüksək vəzifə verdi

11.06.2026

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədrinə yeni müavinlər təyin edilib.

Axar.az Report-a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq sərəncamlar imzalayıb.

Sərəncamlara əsasən, yeni sədr müavinləri Tural Mailov və Kamran Əzizovdur.

Qeyd edək ki, indiyə qədər T.Mailov sədrin rəqəmsal transformasiya və beynəlxalq əməkdaşlıq məsələləri üzrə müşaviri, K.Əzizov isə Agentliyin Nəqliyyat infrastrukturunun tikintisi departamentinin müdiri vəzifəsində çalışıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью