Prezident onları təltif etdi | Icma.az
Icma.az bildirir, Teleqraf.com portalına istinadən. Qərbi Azərbaycan həqiqətlərinin təbliği sahəsində fərqlənən bir qrup şəxs təltif edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncamla insan hüquqlarına və əsas azadlıqlarına zidd olaraq Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində öz doğma torpaqlarından qovulmuş köklü Qərbi Azərbaycan əhalisinin hüquqlarının müdafiəsi və həmin ərazilərdə yaratdığı maddi mədəni irsin təbliği sahəsində səmərəli fəaliyyətlərinə görə Əliyev Fikrət Əhmədəli oğlu “Şöhrət” ordeni ilə, Seyidzadə Dilarə Bağır qızı və Şadlinski Vaqif Bilas oğlu “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Həsən Zal oğlu Həsənova isə Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib.
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu