Prezident onu məhz bu xahişə görə əfv edib

27.05.2025

Metbuat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin əfv etdikləri arasında Fransa Respublikasının vətəndaşı - 1986-cı ildə anadan olmuş Clerc Theo Hugo da var. O, 2024-cü ildə Bakıda metro divarlarını yazdığı üçün 3 il müddətinə həbs edilmişdi.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, onun əfv olunması üçün Azərbaycana müxtəlif yerlərdən xahişlər daxil olub.

“AB xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Bakı səfəri zamanı Prezident İlham Əliyevlə görüşdə belə bir xahiş edib və rəsmi Bakı buna müsbət yanaşıb. Onun əfv olması Fransaya görə yox, məhz bu xahişə görə baş tutub", - mənbə bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью