Prezident onunla bağlı qərar verdi TƏBİB dən məhkəməyə

12.10.2026

Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

TƏBİB-in əməkdaşı Əli Hümbətov Gədəbəy Rayon Məhkəməsinin hakimi təyin olunub.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı Sərəncamda qeyd olunub.

Əli Surxay oğlu Hümbətov TƏBİB-in Hüquq departamentinin Dövlət orqanları ilə iş şöbəsində böyük məsləhətçi vəzifəsində çalışıb. pizza

O, Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və beynəlxalq hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyəti dövründə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsində, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında müxtəlif vəzifələrdə çalışıb.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью