Reyting.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Kolumbiya prezidenti Qustavo Petro oğurlanmış Venesuela lideri Nikolas Maduronun ABŞ-da deyil, öz ölkəsində mühakimə olunmasının vacibliyini bildirib.
Reyting.az xarici mediaya istinadla bildirir ki, Q. Petro bu maraqlı və qeyri-adi bəyanatı Boqotada çıxışı zamanı verib.
Q. Petro deyib ki, N. Maduro geri qaytarılmalıdır, çünki o, faktiki olaraq oğurlanıb: “O, Amerikada deyil, Venesuela məhkəməsində mühakimə olunmalıdır”.
Kolumbiya prezidentinin sözlərinə görə, Venesuelaya qarşı hərbi əməliyyat bütün Latın Amerikasının tarixinə və sivilizasiya irsinə ziddir.
ELÇİN