Icma.az, Azpost portalına istinadən məlumat yayır. Ukrayna prezidenti Vladimir Zelenski böyük mətbuat konfransı keçirib.
AzPost Zelenskinin verdiyi açıqlamaları təqdim edir: “-Ukraynada sülh naminə prezident postundan getməyə hazıram”.
“-Yaxud vəzifəmi NATO-ya dəyişə bilərəm, Mən onilliklər ərzində hakimiyyətdə olmaq fikrində deyiləm”.
“-Ukrayna, Avropa, ABŞ və Rusiya – bu, sülh danışıqlarının iştirakçılarının siyahısı olmalıdır”.
“-Ukrayna ABŞ-dan 350 milyard yox, 100 milyard dollar yardım alıb”.
“120 milyard – Ukrayna, 100 milyard – Avropa və tərəfdaşlar, 100 milyard – ABŞ. 500 yox, 300 yox, 700 yox”, – o qeyd edib.
“-500 milyard dollarlıq borcu tanımırıq”. “-Mən Baydenlə razılaşdım ki, bu ABŞ yardımı qrantdır. Qrant borc deyil.
100 milyard dolları belə tanımıram”. “-Mən ukraynalıların 10 nəslinin ödəyəcəyi bir şeyə imza atmıram”.