Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Qanun imzalayıb.
"Unikal" xəbər verir ki, Qanuna əsasən, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 166.8-ci maddəsində “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində aşağıdakı dəyişikliklər edilsin: 2.1.
80.2-ci və 80.3-cü maddələrdə “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin; 2.2.
14-cü fəslin adında “QANUNSUZ MİQRANTLARIN SAXLANILMASI” sözləri “MÜVƏQQƏTİ YERLƏŞDİRMƏ” sözləri ilə əvəz edilsin; 2.3.
82-ci maddə üzrə: 2.3.1. adında “qanunsuz miqrantların saxlanılması” sözləri “müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin; 2.3.2.
82.1-ci maddədə “qanunsuz miqrantların saxlanılması” sözləri “müvafiq icra hakimiyyəti orqanının müvəqqəti yerləşdirmə” sözləri ilə əvəz edilsin.