Prezident Qazaxıstana səfər edəcək

16.10.2025

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-21-də Qazaxıstana səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın “Zakon.kz” portalı yayıb.

Bildirilib ki, səfər Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti əsasında baş tutacaq.

Xatırladaq ki, Kasım-Jomart Tokayev oktyabrın 6-7-də Azərbaycanda səfərdə olub. O, Qəbələdə Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının XII sammitində iştirak edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью