Prezident: Qəzadan təqribən 10 gün əvvəl Qroznı yaxınlığında... | Icma.az
Axar.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Qroznı şəhərində “kavyor əməliyyatı”, yəni, hava sahəsinin bağlanması əməliyyatı təyyarə yerdən vurulandan sonra elan edilib.
Axar.az xəbər verir ki, bunu “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğramış “Embraer 190” tipli sərnişin təyyarəsinin həlak olan ekipaj heyətinin ailə üzvləri və qəza zamanı sağ qalan təyyarə bələdçiləri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev deyib.
O qeyd edib ki, bu, bir daha onu göstərir ki, burada çox ciddi cinayət tərkibli məsələlər var: “Adətən hər hansı bir ölkənin hava məkanında təhlükə yaranırsa, dərhal o ölkənin hava məkanı bağlanır.
Bu, bütün ölkələrdə var və bunun müxtəlif adları var. Rusiyada buna “kavyor əməliyyatı” deyirlər.
Əgər Rusiyanın hava məkanı üçün təhlükə var idisə, dərhal təyyarə kapitanına bu barədə məlumat verilməli idi.
Dərhal hava məkanı bağlanmalıydı və təyyarə geri dönməli idi”.
Dövlət başçısı bildirib ki, baş vermiş qəzadan təqribən 10 gün əvvəl oxşar hadisə Qroznı şəhərinin yaxınlığında baş vermişdi və AZAL-a məxsus təyyarə yarı yoldan geri dönmüşdü.
Tam oxu
Xəbəri oxu