Prezident Qiyaslı kəndindəki tarixi məscidin binasının açılışında iştirak edib | Icma.az
Icma.az, Adelet.az portalına istinadən məlumat verir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Ağdam rayonunun Qiyasl
Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı mal-qara tövləsi kimi istifadə edilən məscid binası ciddi dağıntılara
Məscidin bərpası işləri Heydər Əliyev Fondu tərəfindən aparılıb.
Bərpa layihəsi hazırlanarkən məscidin ilkin görkəmini qorumaq məqsədilə arxiv materiallarından və videoqrafik mənbələrdən istifadə olunub.
İnteryerində mühafizə olunmuş burma pilləkən məscidin cənub tərəfində qoşa minarələrin mövcud olduğunu göstərirdi.
Bu səbəbdən ənənəyə əsaslanaraq məscidin cənub divarında minarələr inşa edilib.
Əyilmiş daş sütunlar xüsusi qurğular vasitəsilə bərpa olunub, daş tağlar və günbəzlər yenidən qurulub.
Divarlarda ilkin görkəmini itirmiş və əsasən tökülmüş suvaq təmir olunub, yararsız hala düşmüş mehrab bərpa edilib.
Tam oxu
Xəbəri oxu