Prezident qiymətli kağızlarla bağlı qanunu təsdiqlədi

04.11.2026

Olke.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ölkə.az xəbər verir ki, dəyişikliyə əsasən, Azərbaycanda borc tələbinin qiymətli kağızlara yönəldilməsi nəzərdə tutulur.

Belə ki, "İcra haqqında" qanuna "Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi" adlı yeni 46-1-ci maddə əlavə edilib.

Yeni maddə tələbin həm borclunun özündə aşkar edilən sənədli qiymətli kağıza, həm də borclunun adına qeydə alınmış sənədsiz qiymətli kağıza, habelə mərkəzi depozitarda saxlanılan sənədli qiymətli kağıza yönəldilməsi mexanizmini müəyyən edir.

Borclunun qiymətli kağızlarına dair məlumatların sorğu edilməsi, üzərinə həbs qoyulması və tələbin həmin qiymətli kağızlara yönəldilməsi ilə bağlı tədbirlər "Elektron icra" informasiya sistemi vasitəsilə təşkil edilir. Qanunda həmçinin "Qiymətli kağızlar bazarı haqqında" qanunda uyğunlaşdırma xarakterli müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью