Prezident Ramçandra Paudel ilə görüşdü | Icma.az
Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
14:28 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.
Axar.az xəbər verir ki, Nepal Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.
COP29-un yüksək səviyyədə keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti ilə tanış olduğunu məmnunluqla qeyd etdi.
O, ümidvar olduğunu bildirdi ki, COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaqdır.
Azərbaycan ilə Nepal arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda, həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza toxundu.
Nepal Prezidenti Azərbaycanda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığın dedi.
O, ölkəsinin uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək xarici sərmayədarları dəvət etmək istədiklərini vurğuladı, turizm və hidroenergetika sahələrinin önəminə toxundu.
Tam oxu
Xəbəri oxu