Reyting.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Estoniya prezidenti Alar Karis tərəfdaşları Rusiya Federasiyasına qarşı ticarət embarqosunun tətbiqini müzakirə etməyə çağırıb.
Reyting.az xəbər verir ki, fevralın 9-da Baltikyanı ölkələr və Polşa liderləri Vilnüsdə görüşüblər.
Alar Karis “X” mikrobloqunda yazıb ki, Avropa İttifaqı öz müstəqilliyini daha da möhkəmləndirməli və Rusiya enerji resurslarının öz ərazisinə idxalını dayandırmalıdır: “Biz hətta Rusiyaya qarşı tam ticarət embarqosu imkanını ciddi şəkildə nəzərdən keçirməliyik”.
E. KAMAL