Prezident Sadır Japarov Los Ancelesə gedib

01.10.2026

Newscenter.az saytından alınan məlumata görə, Icma.az bildirir.


Qırğızıstan Respublikasının Prezidenti Sadır Japarov Los-Ancelesə səfər edib.
Newscenter.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Qırğızıstan dövlət başçısını hava limanında SpaceX şirkətinin Qlobal İnkişaf üzrə direktoru Rebekka Hanter qarşılayıb.
Qeyd edək ki, Japarov, Qırğızıstan Respublikasının ilk milli peykinin orbitə çıxarılması ilə bağlı tədbirlərdə iştirak etmək üçün Birləşmiş Ştatlara gedib. Peyk orbitə SpaceX raketi vasitəsilə çıxarılacaq.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью