Prezident seçkiləri keçirilir Bu ölkədə

25.10.2026

Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bolqarıstanda prezident seçkiləri başlayıb, seçki məntəqələri yerli vaxtla səhər saat 07:00-da açılıb və saat 20:00-a qədər açıq qalacaq.

Redaktor.az xəbər verir ki, ən yüksək dövlət vəzifəsi uğrunda 27 namizəd mübarizə aparır.

Ölkə üzrə açılan 12 mindən çox seçki məntəqəsində 6,6 milyon seçicinin səs vermək hüququ var. Səsvermə prosesi eyni zamanda dünyanın 60 ölkəsində təşkil olunub.

İlk qeyri-rəsmi nəticələr seçki məntəqələri işini yekunlaşdırdıqdan sonra bəlli olacaq. Rəsmi nəticələrin isə oktyabrın 27-də elan edilməsi gözlənilir.

Bolqarıstan prezidenti ümumxalq səsverməsi yolu ilə 5 il müddətinə seçilir və ardıcıl olaraq iki müddətdən artıq bu vəzifəni tuta bilməz. Seçkilərdə dövlət başçısı ilə yanaşı, ölkənin vitse-prezidenti də seçilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью