Prezident seçkilərin ləğv olunduğunu elan etdi

21.07.2026

Bakupost saytına istinadən Icma.az xəbər verir.


Nikaraqua Prezidenti Daniel Ortega ölkədə bundan sonra seçkilərin keçirilməyəcəyini açıqlayıb.

“Bakupost” “Reuters”ə istinadla xəbər verir ki, o müxalifətin seçki yolu ilə hakimiyyətə gəlməsinə artıq imkan verilməyəcəyini bildirib.

Ortega çıxışında ABŞ-nin dəstəklədiyini iddia etdiyi siyasi qüvvələrin bir daha hakimiyyətə qayıtmasına icazə verməyəcəyini deyib. Ancaq seçkilərin hansı qaydada ləğv ediləcəyini açıqlamayıb.

Qeyd edək ki, Nikaraquada son prezident seçkiləri 2021-ci ildə keçirilib. Həmin seçkilərdən əvvəl bir çox müxalif siyasətçi həbs olunmuşdu və seçkilər beynəlxalq təşkilatlar tərəfindən azad və ədalətli hesab edilməmişdi.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью