Prezident seçkilərində məğlub olan Simion: Seçkilərimizə müdaxilə edilib!

20.05.2025

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Rumıniyada keçirilən prezident seçkilərində məğlub olan Corc Simion nəticələrin ləğvi üçün Konstitusiya Məhkəməsinə müraciət edib


Sherg.az Nexta-ya istinadən xəbər verir ki, bu barədə siyasətçi öz X platformasında yazıb.

“Rumıniyada prezident seçkilərinin nəticələrinin ləğvini rəsmi şəkildə Konstitusiya Məhkəməsindən tələb edirəm — hansı ki, eyni səbəblərə görə dekabr seçkiləri də ləğv edilmişdi: həm dövlət, həm də qeyri-dövlət subyektləri tərəfindən xarici müdaxilə.

Bu dəfə bu, sübut olunub! Nə Fransa, nə Moldova, nə də başqa bir dövlət başqa bir ölkənin seçkilərinə müdaxilə etmək hüququna malik deyil,” – deyə radikal sağçı “Rumıniya Birliyi Alyansı”ndan olan prezidentliyə namizəd X platformasında yazıb.

Qeyd edək ki, Rumıniyada seçkilərin ikinci turu mayın 18-də baş tutub. Simion paytaxt Buxarestin meri Nikuşor Dan qarşısında məğlub olub — Dan təxminən 54% səs toplayıb, Simion isə cəmi 46%-dən bir qədər çox səs qazanıb. Bununla belə, nəticələr elan olunduqdan sonra Simion əvvəlcə məğlubiyyətini qəbul etmişdi.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью