Prezident sərəncam imzaladı

11.09.2025

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Masallı rayonunun Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmirinə vəsait ayrılıb.

Axar.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla 8 min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Xıl-Sirəbil-Allahyarlı-Molalan-Çayqıraq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,5 milyon manat ayrılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью