Prezident ŞƏT in ən böyük sammitinə dəvət edildi

22.08.2025

Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə dəvət edilib. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Tədbirin 31 avqust-1 sentyabr tarixlərində Çinin Tyantszin şəhərində keçirilməsi planlaşdırılır.

Sammitdə iyirmidən çox ölkənin dövlət başçıları ilə yanaşı, bir sıra beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcək.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Liu Bin bildirib ki, bu, Çində keçiriləcək beşinci ŞƏT sammitidir. Onun sözlərinə görə, bu, təşkilat tarixində ən böyük sammit hesab olunur.

Ağarza Elçinoğlu 


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью